Geri qaytarma siyasəti

İstifadə olunan terminlər və anlayışlar.

Bu Qaydalarda istifadə olunan terminlər aşağıdakı mənaları ifadə edir:

“Cosmendy Azərbaycan” MMC və / və ya Şirkət / Satıcı – “Cosmendy Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1507041631, Hüquqi ünvanı: Bakı, Nərimanov rayonu, Əliyar Əliyev, ev. 2, m. 4, AZ1052)

Alıcı – Satıcı tərəfindən yerləşdirilən elanlara baxan, Satıcı ilə əlaqə quran və/və ya onunla malların alınması ilə bağlı müqavilə bağlayan İstifadəçi.

Alıcı tərəfindən malların qaytarılması

a) İstifadəçi tərəfindən Malların Satıcıya qaytarılması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada həyata keçirilir. Qanunvericiliyin tələblərinə əsasən kosmetika, parfümeriya və gigiyena məhsulları geri qaytarılmır və dəyişdirilmir. Lakin,

- İstifadəçi məhsul kuryer vasitəsi ilə çatdırıldıqdan sonra kuryer çatdırılma ünvanından uzaqlaşmadan məhsulun zədələnmiş və ya yararsız olduğu müəyyən edildikdə məhsulu qəbul etməyib həmin kuryer vasitəsi ilə geri göndərə bilər.

b) İstifadəçi tərəfindən mallar üçün ödənilmiş məbləğin geri qaytarılması malların vəziyyəti qiymətləndirildikdən (baxış keçirildikdən) sonra həyata keçirilir.

c) Geri qaytarma hallarında İstifadəçinin ödənişi tam olaraq onun hesabına qaytarılır.  Məbləğin geri ödənişi 7 iş günü ərzində həyata keçirilir.